Baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən azad edilib
2020-03-27 18:00
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.Bununla da,baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar ƏDV-dən azad edilib.
Fərid Mehdiyev