"Bavariya" klubunun futbolçusu Tomas Müller Almaniyanın ən çox titul qazanan oyunçusu olub
2020-10-01 16:09
"Bavariya" klubunun futbolçusu Tomas Müller Almaniyanın ən çox titul qazanan oyunçusu olub. 31 yaşlı hücumçu buna ölkə Super Kubokunda Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub etdikləri görüşdə yiyələnib. Təcrübəli forvard karyerasında 27-ci titulunu qazanıb. Müller Almaniya millisinin və "Bavariya"nın sabiq üzvü Bastian Şvaynştaygerin rekordunu geridə qoyub.
Vüsalə Camal