Batut gimnastikası üzrə dünya kubokuna start verilib
Bakıda altıncı dəfə təşkil edilən batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub. Milli Gimnastika Arenasında böyüklər arasında keçirilən turnirdə Azərbaycan da daxil olmaqla, 16 ölkədən 60 gimnast fərdi və sinxron proqramda çıxış edəcək. Yarışda ölkəmizi ötənilki Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edir.
Vüsalə Cənnətova