Batut gimnastikası üzrə dünya kuboku yarışı keçirilir, Azərbaycan təmsilçisi ikinci qrupda mübarizə aparacaq
2021-02-12 14:11
Azərbaycanda bu ilin beynəlxalq yarışlarına batut gimnastikası üzrə Dünya Kuboku ilə start verilib. Milli Gimnastika Arenasında açılış mərasimi keçirilən yarışda 14 ölkədən 63 idmançı iştirak edir. Yarışların ilk günündə təsnifat mərhələsi, ikinci günündə kişilər arasında ikinci təsnifat və kişilər və qadınlar arasında final mərhələləri keçirilir. Beşqat dünya və Avropa çempionu belaruslu Oleq Ryabtsov təsnifat mərhələsinə liderlik edir. Azərbaycan təmsilçisi Selcan Mahsudova ikinci qrupda mübarizə aparacaq.
Nərgiz camal