Batutçularımız Avropa çempionatında fəxri kürsüyə qalxıblar
Portuqaliyada keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir. Yeniyetmələrin batutda sinxron hərəkətlərində Əli Niftəliyev və Ammar Baxşaliyev cütü qızıl medal qazanıb. Qızların sinxron hərəkətlər yarışında isə Ayan Şabanova və Samirə Hüseynova fəxri kürsünün ikinci pilləsində yer alıblar. Bu, azərbaycanlı batutçu qızların ilk Avropa medalı olub.
Vüsalə Cənnətova