Basketbol üzrə millimiz növbəti oyununu keçirib
Basketbol üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Evren Alkayanın çalışdırdığı komanda "Sərhədçi" İdman Kompleksində Belçika millisi ilə qarşılaşıb. Millimiz son Avropa çempionuna böyük hesabla uduzub – 28:136 (108 xal fərqlə). Azərbaycan ilk turda Litvaya səfərdə 62:99 hesabı ilə məğlub olmuşdu.
Emin İsazadə