Basketbol üzrə Azərbaycan Superliqasında 19-cu tura yekun vurulub
2020-02-28 16:04
Basketbol üzrə Azərbaycan Superliqasında 19-cu tura yekun vurulub. Son oyun günü yarışda Gəncəni təmsil edən eyniadlı komanda Atletiklə qarşılaşıb. Qərb kollektivi görüşdə rəqibinə şans verməyərək 81:74 hesabıyla qalib gəlib. Gəncə növbəti qarşılaşmasında Atomla üz-üzə gələcək. Görüş sabah saat 18-də başlayacaq.
Vüsalə Camal