"Barselona"nın kapitanı klubdan ayrılmaqla bağlı fikrindən daşınıb
İspaniya "Barselona"sının futbolçusu Serxio Buskets klubdan getmək fikrindən daşınıb. Kapitan komandanın baş məşqçisi Xavi ilə söhbətdən sonra bu addımı atıb. 34 yaşlı yarımmüdafiəçi bundan sonra yeni müqavilə ilə bağlı düşünəcəyini qeyd edib. 2005-ci ildən Kataloniya təmsilçisində çıxış edən Serxio Busketsin müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.