Barselonanın ulduz futbolçusu korrupsiyada ittiham olunur
2021-04-18 14:10
İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales və "Barselona"nın futbolçusu Jerar Pike korrupsiyada ittiham olunur. Məlumata görə, Pike və Rubiales İspaniya Super Kubokunun Səudiyyə Ərəbistanında təşkilində əlbir olublar. Onlar bu məqsədlə ərəb ölkəsindən 24 milyon avro alıblar. Kataloniya təmsilçisi oyunçunun anlaşmada iştirakını gizlətməyə çalışıb. Səudiyyə Ərəbistanda keçirilmiş turnirin builki qalibi "Real Madrid" olub.
Nərgiz camal