"Barselona"nın futbolçuları klubun tibb işçilərinin fəaliyyətindən narazıdırlar
2020-06-23 14:10
"Barselona"nın futbolçuları klubun tibb işçilərinin fəaliyyətindən narazıdırlar. Oyunçular zədə zamanı onlara səhv diaqnoz qoyulduğunu iddia edirlər. Bu səbəbdən Franki de Yonq Niderlandda müalicə olunmaq niyyətindədir. Daha əvvəl Samuel Umtiti və Usman Dembele də oxşar vəziyyətlə üzləşərək Qətərdə müalicə almağa üstünlük veriblər.
Nərgiz Camal