Barselona Levandovski üçün Bavariyaya rəsmi təklif göndərib
2021-05-24 12:00
Barselona Bavariyada çıxış edən Robert Levandovski üçün rəsmi təklif göndərib. Kataloniya təmsilçisi polşalı hücumçuya görə 37 milyon avro ödəməyə hazırdır. Münhen klubu hələlik qarşı tərəfə cavab verməyib. 34 yaşlı forvardın özü də İspaniyaya yollanmaqda maraqlıdır. Son mövsüm "Bavariya"da 46 oyun keçirən Robert Levandovski 50 qol və 7 məhsuldar ötürmə edib.
Vüsalə camal