"Barselona" La Liqa tarixində yeni rekorda imza atıb

İspaniyanın “Barselona” klubu La Liqa tarixində yeni rekorda imza atıb. Kataloniya təmsilçisi XXII turda “Kadis” üzərində 2:0 hesablı qələbə qazanaraq bunu reallaşdırıb. Xavinin baş məşqçi olduğu kollektiv cari mövsüm keçirdiyi 22 oyunun yalnız 5-də qapısında qol görüb. 17 matçda qapısının toxunulmazlığını qorumağı bacaran “Barsa” “Deportivo”nun 1993/1994 mövsümündəki rekordunu yeniləyib. La-korunyalılar 29 il əvvəl 16 görüşdə qol buraxmayıb. İlk 22 oyunda cəmi 7 dəfə mərkəzə dəvət edilən “Barselona” bu baxımdan da rekorda yiyələnib. Buna qədər mövsümün ilk 22 turunda rekord 9 top idi. Bunu isə 1986/1987 mövsümündə “Barselona”, 1993/1994-də “Deportivo”, 2017/2018-də isə “Atletiko” bacarıb.
Nərgiz Camalzadə

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik