"Barselona" klubunun yeni prezidenti seçilib
2021-03-08 14:09
İspaniyada "Barselona" futbol klubunun prezident seçkiləri keçirilib. Səsvermədə klubun 55 mindən çox üzvü iştirak edib. Joan Laporta səslərin 54,3 faizini toplayaraq klubun növbəti dəfə prezidenti olub. Onun ən yaxın rəqibi Viktor Fonta 30 səs faizi toplaya bilib. Bundan əvvəlki prezident Jozep Bartomeu klubdakı fikir ayrılıqları ilə əlaqədar ötən ilin oktyabrında istefa vermişdi. Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub.
Vəfa Şairova