"Barselona" futbol klubunun argentinalı hücumçusu böhranla bağlı azarkeşlərə müraciət edib
2020-09-30 10:00
İspaniyanın "Barselona" futbol klubunun argentinalı hücumçusu Lionel Messi klubdakı böhranla bağlı azarkeşlərə müraciət edib. "Bu qədər fikir ayrılığından sonra hər şeyə son qoymaq istərdim. Səhvlərimə görə məsuliyyət daşıyıram, bunları "Barselona"nı daha yaxşı və güclü olması üçün etmişəm”, - deyə futbolçu bildirib. Leonel Messi əvvəlcə "Barselona"ya klubdan ayrılmaq niyyətində olduğunu bildirib, lakin 4 sentyabrda ailəsinin Kataloniyada qalmaq istəyi səbəbindən İspaniya komandasında karyerarasını davam edəcəyini açıqlayıb.
Vəfa Şairova