"Barselona" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 24-də start götürəcək
2020-11-04 14:00
UEFA Çempionlar Liqasının G qrupunun III turunda İspaniya "Barselona"sı ilə Ukraynanın "Dinamo" Kiyev komandaları arasında nəzərdə tutulan qarşılaşma baş tutacaq. Qonaqların heyətində koronavirusa kütləvi yoluxma halının aşkarlanması görüşün reallaşmasını təhlükə altına salmışdı. "Barselona" ilə oyun öncəsi təkrar test verən komanda üzvlərinin nəticəsi neqativ çıxıb. Hazırda Kiyev təmsilçisinin 6 futbolçusu, baş məşqçinin köməkçisi və klubun 4 əməkdaşı koronavirusa görə təcrid olunub, onların müalicəsi ev şəraitində davam etdirilir. Bu gün oynanılacaq "Barselona" - "Dinamo" oyunu Bakı vaxtı ilə saat 24-də start götürəcək.
Fərid Mehdiyev