Barak Obama İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi Qurban bayramı münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: "Dünyada iztirabların heç biri Birma, Nigeriya, İraq və Suriyada münaqişədən qaçan, ağlasığmaz qəddarlıq və məhrumiyyətlərə düçar olan günahsız kişi, qadın və uşaqların üzləşdikləri qədər açıq-aşkar deyil. Biz bu durumda olan qonşularına qayğı göstərmək üçün əlindən gələni əsirgəməyən xalqları təqdir etməliyik.Amerika xalqı adından dünyanın hər yerindəki müsəlman icmalarına Qurban bayramı təbriklərimizi çatdırırıq”.

Vəfa Şairova