Bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanıldılar
Abşeronda bankomatdan pul çıxaranlara “yardım” edən şəxslər saxlanılıblar. Sumqayıt şəhər sakinləri - əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Babək Cəfərzadə və 1978-ci il təvəllüdlü Kamal Kərimlinin hesablarda olan vəsaitləri ələ keçirdikləri məlum olub. Saxlanılan zaman onların üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Fərid Mehdiyev