Balakəndə dələduz və oğru saxlanılıb
Balakəndə polisə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu ələ keçirdiyini bildirib. Dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Şəki sakini Vüqar Əlizadə saxlanılıb.
Fərdi yaşayış evinin həyətyanı sahəsindən tikinti və məişət əşyaları oğurluyan, rayon sakini Azər Əzizov da tutulub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 4 nəfər də saxlanılıb və onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Qanunsuz saxlanılan silah-sursatla bağlı isə 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri götürülüb.
Nərgiz Camalzadə