Balakəndə qardaş bacısına xəsarət yetirib
Balakən rayon sakini Adil Sayılov bacısı, 1961-ci il təvəllüdlü Həlimət Məmmədovaya kəsici alətlə xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı müvafiq ekspertiza təyin olunub. Əməli törədən A.Sayılov şübhəli şəxs qismində saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.
Azad Mustafayev