Balakəndə narkotacir saxlanıldı
2020-04-29 14:06
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb. Ondan 1 kiloqram 680 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ələkbərova narkotik vasitəni satan Mahamalar kənd sakini, əvvəllər də dəfələrlə məhkum olunan 50 yaşlı Elşən Adalov da saxlanılıb. Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildən isə 14,22 qram qurudulmuş marixuana aşkar olunub.
Nərgiz Camal