Balakəndə məktəbin anbarı yanıb
Balakənin Şərif kənd tam orta məktəbinin həyətində məktəbə məxsus anbar yanıb. Alovun genişlənməsinin qarşısı alınıb. Yanğın nəticəsində anbarda olan 15 ədəd parta, 2 ədəd lövhə, 2 ədəd şkaf və içəridə olan quru ot kütləsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Fakt araşdırılır.
Fərid Mehdiyev