Balakəndə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
2020-06-24 12:06
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Cavid Dibirov saxlanılıb. Ondan 13 qram qurudulmuş marixuana aşkar olunub. Davam etdirilən əməliyyat tədbirləri ilə Gərəkli kəndindən axan çay kənarındakı kolların arasında C.Dibirovun gizlətdiyi 6 kiloqramdan artıq qurudulmuş marixuana da aşkar edilərək maddi sübut kimi götürülüb.
Vəfa Şairova