Canlı
Balakəndə Dəliçay daşdı, evləri və həyətləri su basdı

2018-06-12 / 16:11

Balakən rayonunun Katex kəndində Dəliçay çayının daşması nəticəsində dəymiş ziyan aradan qaldırılır.İcra Hakimiyyətindən bildirilib ki, 30-dan artıq evə sel suları və lil dolub. Gecə saat 04:00-dan etibarən ərazidən suyun çəkilməsinə başlanılıb. Hazırda həyətyanı ərazilərdən su çəkilməsi davam edir. Çayın üzərindən kənddəki evlərə keçmək üçün kustar üsulla hazırlanan bir-neçə keçidi də sel dağıdıb.

Fərid Mehdiyev