Balakəndə ağır qəza olub, ölən və xəsarət alanlar var
2021-03-04 10:08
Balakəndə ağır yol qəzası olub. Rayonun Kortala kənd sakini Murad Xırxırov "VAZ-2101" markalı avtomobillə Balakən şəhəri istiqamətində hərəkət edərkən maşın idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Sərnişinləri - Kortala kənd sakini Ramazan Qalayçıyev, Qazma kənd sakinləri - Həlimət Sarıyeva və Ofeliya Hacıyeva müxtəlif bədən xəsarətləri alıblar. Fakt araşdırılır.
Nərgiz camal