Balakəndə əcnəbi narkotacirə kuryerlik edən şəxsdən 10 kiloqram narkotik götürülüb
2021-03-11 10:10
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulublar. Əcnəbi narkotacirə kuryerlik edən Nurlan Rzayev, Elçin Kərəkməzli və Zaur Rzayev saxlanılıb. 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
Fərid Mehdiyev