Canlı
Balakən sakinlərindən külli miqdarda narkotik götürülüb

Balakən polisi narkotik əkib-becərən şəxsləri saxlayıb. Gərəkli kənd sakinləri Məhəmməd Abdullayev, onun qardaşları Mühüddin və Elçin, kənd sakini Oqtay Dibirovun yaşadığı evlərdə əməliyyat keçirilib. Mənzillərdən ümumi çəkisi 1 kq 115 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Aparılan ilkin istintaq zamanı məlum olub ki, saxlanılan şəxslər Gərəkli kəndinin inzibati ərazisinin yaxınlığında, yüksək dağlıq ərazidə kultivasiya üsulu ilə 45 ədəd çətənə bitkisi əkiblər və evlərindən aşkarlanan marixuananı da özləri əkib-becəriblər.

Vəfa Şairova