Canlı
Balakən sakini kənddə 100 kq-a yaxın narkotik bitki becərib

2018-08-07 / 12:21

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib. Axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb. Onun yaşadığı kənddə, "Qıraq oba" adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə