Balakən sakini öz həmyerlisi tərəfindən bıçaqlanıb

Balakənin Gərəkli kənd sakini 29 yaşlı Ruslan Zeynalov öz həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisə ötən axşam Qullar kəndində baş verib. Xəstəxanaya yerləşdirilən zərərçəkən dərhal əməliyyat edilib. Hazırda vəziyyəti orta-ağırdır. Balakən polisindən bildirilib ki, Ruslan Zeynalov Qullar kənd sakini Elvin Nastakalov tərəfindən, aralarında yaranmış mübahisə zəminində bıçaqlanıb. Fakt araşdırılır.

Vəfa Şairova