Bal yarmarkasında iştirak üçün qaydalar açıqlanıb

2019-09-11 12:20

28 sentyabr-18 oktyabrda arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarkada hər rayondan maksimum 40 iştirakçı ola bilər. Arıçılar minimum 20 arı ailəsinə sahib olmalıdırlar. Yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı çıxarıla bilər.

Vəfa Şairova