Bal məhsulu ucuzlaşacaq
2020-10-23 11:09
Son iki il ərzində arı ailələrinin sayı 270 mindən 500 minədək artıb. Arı ailələrinin sayı çox olduqca, ekologiya və əhalinin sağlamlığına müsbət təsir də çox olacaq. Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun sözlərinə görə, pandemiya müddətində bal ixracının tamamilə dayanması ilə əlaqədar fermerlər məhsulun itirilməsinin qarşısını almaq üçün bu ilin sonunadək balın qiymətini bir kiloqram üçün 15 manatadək azalda bilərlər.
Nərgiz Camal