Balıq ovuna qoyulan moratoriumun müddəti gələn həftə bitir
2020-08-26 14:07
Balıqların kürüləmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb. Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunan sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər məsuliyyətə cəlb ediləcəklər.
Vəfa Şairova