Balıqçılıq fəaliyyəti adı ilə narkotiklərin qanunsuz dövriyyəsini edən keçmiş məhkum saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçalada balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb. Ondan 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib. O İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu ərazisindən keçən hissəsində qarşılayaraq Bakıya çatdırmalı imiş. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova