Bakıya külli miqdarda narkotik keçirmək istəyən şəxs yaxalanıb
Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb. Polis Siyəzən sakini Sədrəddin Musayevi Nərimankənd kəndində yaxalayıb. Ondan 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Musayev narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyini deyib. Şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova