Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
2015-ci il təvəllüdlü Fərhadzadə İbrahim Azər oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək, qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.