Bakıdakı dünya çempionatında yenilik tətbiq olunacaq
Bu il Bakıda keçiriləcək taekvondo üzrə dünya çempinatında yenilik tətbiq olunacaq. İlk dəfə böyüklər arasında mundialda idmançılar xüsusi yoxlama sistemi quraşdırılmış qoruyucu vasitələrdən istifadə edəcəklər. Yeni məhsulla xallar daha dəqiq hesablanacaq və idmançılar daha ədalətli rəqabət mühitində mübarizə aparacaqlar. Dünya çempionatı 29 may - 4 iyunda təşkil olunacaq.