Bakıda çimərlikdən oğurluq edən şəxs yaxalanıb
Bakıda çimərlikdən oğurluq edilib. Müxtəlif vaxtlarda 6 nəfərin 9000 manat dəyərində 7 ədəd mobil telefonu və içərisində ümumilikdə 750 manat pul olan çantalar oğurlanıb. Polis əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 32 yaşlı Niyaməddin Qurbanovu saxlayıb.
Fərid Mehdiyev