Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var
Bakının Nəsimi rayonunda zəncirvari yol qəzası baş verib. Xan Şuşinski və Vaqif küçələrinin kəsişməsində qeydə alınan qəza "Nissan", "Renault" və "Kia" markalı avtomobillərin iştirakı ilə baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Yaralılara təcili yardım avtomobilində ilkin tibbi yardım göstərilib. Fakt araşdırılır.