Bakıda yolu keçən piyadanı avtomobil vuraraq öldürüb
Bakıda Cahangirov Polad Yusif oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədov Sadiq Rizvan oğlunu ehtiyatsızlıqdan vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Azad Mustafayev