Bakıda stend və güllə atıcılığı üzrə Dünya Kuboku başlayacaq
Sabah Bakıda stend və güllə atıcılığı üzrə Dünya Kubokuna start veriləcək. Mayın 12-dək keçiriləcək yarışa ölkəmiz 8-ci dəfə ev sahibliyi edəcək. Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının iştirakı gözlənilir. Azərbaycan Dünya Kubokunda 43 idmançı ilə təmsil olunacaq.
Fərid Mehdiyev