Bakıda silah və narkotik satan şəxslər saxlanılıb
Bakıda silah və narkotik satışında şübhəli bilinən 4 nəfər saxlanılıb. Əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Rövşən Fətullayevdən “Kalaşnikov” markalı avtomat, patron darağı və 11 ədəd patron götürülüb. O silahı satmaq niyyəti ilə özündə saxladığını bildirib. 1998-ci il təvəllüdlü Qadir Hüseynov, 1967-ci il təvəllüdlü Nazim Əbilov və 1979-cü il təvəlüldlü Asif Yaqubəliyevdən isə 4 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Vüsalə Cənnətova