Bakıda silah-sursat satmaq istəyən şəxslər saxlanılıb
Bakıda Maştağa qəsəbəsi sakini 1963-cü il təvəllüdlü İbrahim Rzayev saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi heroin, yaşadığı evdən isə “Kalaşnikov” avtomatı, patron darağı və 11 ədəd patron aşkarlanaraq götürülüb.
1971-ci il təvəllüdlü Vasif Qəmbərovdan isə “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunub. Hər 2 şəxs silahları satmaq niyyəti ilə əldə ediblər.
Sabunçu rayon sakini olan 6 nəfər isə özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər.
Fərid Mehdiyev