Bakıda qeydiyyatsız yaşayan 94 əcnəbi saxlanılıb
Bakıda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 94 əcnəbi vətəndaş saxlanılıb. Onlardan bir neçəsinin qeydiyyatsız yaşamaqla yanaşı qanunsuz əmək fəaliyyəti ilə məşğul olduqları da müəyyən edilib. Həmin əcnəbilərə pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi verildiyi və onların mənsub olduqları ölkələrdə yaşayan naməlum şəxslər tərəfindən aldadıldığı aşkar edilib.
Zülfiyyə Telmanqızı