Bakıda qanunsuz narkotik satışı həyata keçirənlər saxlanılıb
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqi saxlanılıb. Onlardan 14 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə və 350 ədəd metadon həbi aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmalı idilər. Onlar paytaxt ərazisində taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olublar. İstintaq tədbirləri davam etdirilir.
Vüsalə Cənnətova