Bakıda qadın qatarın altında qalaraq ölüb
Bakıda qadın dəmiryol qatarının altında qalaraq ölüb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin qaynar telefon xəttinə Qaradağ rayonunda dəmir yolu xəttində qadın meyitinin qatarın altında qalması barədə məlumat daxil olub. Müvafiq xilasetmə qüvvələri meyiti vaqonun altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.