Bakıda narkotacirlər və silah saxlayan şəxslər saxlanılıblar
Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olan Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib.
Bundan başqa, Sahib Mehdiyevdə tutulub və ondan "Kalaşnikov" markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq götürülüb.
10-a yaxın evdən təmir-tikinti və məişət əşyaları oğurlayan Babək Məmmədov və Telman Əliyev də saxlanılıblar.
Nərgiz Camalzadə