Bakıda narkopritonda silahlı insident olub
Bakıda narkopritonda silahlı insident olub. Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs silah tətbiq olunmaqla zərərsizləşdirilib. Narkopriton təşkil edən şübhəli şəxs əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Akif Məmmədovdur. Hadisə yerindən 2 kq müxtəlif növlü narkotik vasitələr və “Makarov” markalı tapança götürülüb. Fakt aşdırılır.
Fərid Mehdiyev