Bakıda mənzildən 60 min manatlıq qızıl oğurlanıb, xidmətçi saxlanılıb
Bakıda mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb. Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.
Fərid Mehdiyev