Bakıda keçiriləcək Dünya Kuboklarına qatılacaq ölkələrin sayı müəyyənləşib
Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 33 ölkə iştirak edəcək. Yarış fevralın 23-25-i aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Dünya Kuboku Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda isə 70 komandanın gimnastları qüvvələrini sınayacaqlar. Turnir 7-10 mart tarixlərində baş tutacaq.
Fərid Mehdiyev