Bakıda iki qadın arasında dava düşüb, bıçaqlananlar var
Bakıda iki nəfər bıçaqlanıb. 1971-ci il təvəllüdlü Lalə Vəliyeva rəfiqəsi ilə mübahisə zamanı xəsarət alıb. Hadisə zamanı Lalə Vəliyevanın qohumu Valeh Məmmədov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva saxlanılıb. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev