Bakıda iaşə obyektində 2 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib
Baş prokurorluq Bakıda iaşə obyektində iki nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi barədə məlumat yayıb. 1998-ci il təvəllüldü Kənan Mustafayev və 1993-cü il təvəllüdlü Orxan Əmirovun həkiməqədər ölümü qeydə alınıb. 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüldü Xəzər Cabbarlının isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı prokurorluqda araşdıma aparılır.
Fərid Mehdiyev